XƏBƏR, SİYASƏT
30-11-2019, 12:47

MSK sədri: Bülletenlərdə 41 800-ə yaxın namizədin adı qeyd olunacaq

MSK sədri: Bülletenlərdə 41 800-ə yaxın namizədin adı qeyd olunacaq

Seçki prosesinin əsas mərhələlərindən olan namizədlərin qeydə alınması artıq başa çatıb.

Qərbinfo.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, 1606 bələdiyyəyə 15 156 bələdiyyə üzvü seçilməlidir: "Bələdiyyə seçkiləri ilə bağlı 42 mindən artıq müraciət olub. İmza vərəqələrini qaytaranların hamısı qeydə alınıb" .

M.Pənahov deyib ki, təxminən 50-60 namizəd qeydə alındıqdan sonra öz ərizəsi ilə namizədliyini geri götürüb və adlarının bülletenə düşməsini istəməyiblər:

"Bülletenlərdə 41 800-ə yaxın namizədin adı qeyd olunacaq. Əgər bu qalan müddətdə hansısa namizəd iştirakdan imtina etsə, bununla bağlı rəsmi şəkildə müraciət etməlidir. Bülletenlərdə həmin namizədlərin adınının üzərindən xətt çəkiləcək".






Son Xəbər