XƏBƏR, İQTİSADİYYAT
28-11-2019, 23:54

“Azərkosmos” on ayda 26 ölkəyə 37,5 milyon dollarlıq xidmət ixrac edib

“Azərkosmos” on ayda 26 ölkəyə 37,5 milyon dollarlıq xidmət ixrac edib

Yanvar-oktyabr aylarında “Azərkosmos” ASC tərəfindən 26 ölkəyə 37,5 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Qərbinfo.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın noyabr sayında bildirilir.

Qeyd olunur ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. Bu ilin oktyabrında isə “Azərkosmos” 23 ölkəyə 7,2 milyon dollarlıq xidmət ixrac edib. ASC-nin yanvar-oktyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, ABŞ, Birləşmiş Krallıq, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri olub.






Son Xəbər