XƏBƏR, İQTİSADİYYAT
22-11-2019, 15:57

Azərbaycanda 170 Hindistan şirkəti işləyir

Azərbaycanda 170 Hindistan şirkəti işləyir
Azərbaycanda Hindistan kapitalı ilə 170 şirkət fəaliyyət göstərir.

Qərbinfo.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov deyib.

O, həmçinin yaxın gələcəkdə bu rəqəmin 2 dəfə artacağına ümid etdiyini qeyd edib.

İki ölkə arasında qarşılıqlı investisiya qoyuluşunun artması mövzusunda danışarkən V.Zeynalov bildirib ki, bu istiqamətdə turizm perspektivli sahələrdən biridir:

"Məsələn, ilin əvvəlindən Azərbaycan Hindistandan 40 min turist qəbul edib".

Konfederasiyanın vitse-prezidenti ikitərəfli münasibətlərin inkişafı üçün daha bir sahənin informasiya-telekommunikasiya texnologiyaları olduğunu da vurğulayıb.






Son Xəbər