XƏBƏR, İQTİSADİYYAT
21-11-2019, 15:56

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

Qərbinfo.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,22 dollar geriləyərək 62,18 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,90 dollar bahalaşaraq 57,11 dollar təşkil edib.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,22 ABŞ dolları və yaxud 1,84% artaraq 67,54 dollar təşkil edib.






Son Xəbər