XƏBƏR, DÜNYA
20-11-2019, 09:25

Boliviyada toqquşmalar zamanı 3 nəfər həlak olub, 30 nəfər yaralanıb

Boliviyada toqquşmalar zamanı 3 nəfər həlak olub, 30 nəfər yaralanıb

Boliviyanın Sensata yaşayış məntəqəsində yerləşən neft emalı zavodu yaxınlığında etirazçılar və polislər arasında toqquşma baş verib.

Qərbinfo.az-ın məlumatına görə, bu barədə "El Deber" qəzetinə ombudsman ofisinin nümayəndəsi Teresa Subyeta deyib.

T.Subyeta bildirib ki, toqquşma zamanı 3 nəfər həlak olub, 30 nəfər isə xəsarət alıb. Onun sözlərinə görə, ölənlərin hamısında odlu silahdan yaralar qeydə alınıb.






Son Xəbər