XƏBƏR, DÜNYA, HADİSƏ
19-11-2019, 21:29

“Ramon” qasırğası Filippində 5,4 min adamı evindən didərgin saldı

“Ramon” qasırğası Filippində 5,4 min adamı evindən didərgin saldı

Filippinin şimalında qasırğa ilə əlaqədar 5,4 min nəfər təxliyə olunub.

Qərbinfo.az-ın məlumatına görə, “Ramon” qasırğası Kaqayan əyalətində fəsadlara səbəb olub.

Bir sıra şəhərlərdə elektrik enerjisi kəsilib. Torpaq sürüşməsi səbəbi ilə yollar bağlanıb. Məktəb və universitetlərdə dərslər dayandırılıb.

Təbii fəlakət bölgəsinə xilasedicilər cəlb edilib.






Son Xəbər