XƏBƏR, SİYASƏT
19-11-2019, 18:50

"Prezident Ali Məhkəmənin qaprşısında vəzifə qoyur ki..."

"Prezident Ali Məhkəmənin qaprşısında vəzifə qoyur ki..."

“Hüquqda hüquqi yanaşma deyən bir anlayış var. Ölkə başçısı tərəfindən Milli Məclisə göndərilən qanun layihələrindən qarşımıza qoyulan məsələ bu və ya digər hüquqi məsələlərin həllində vahid yanaşma olsun”.

Qərbinfo.az-ın xəbərinə görə, bunu bu gün Milli Məclisin plenar iclasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

O bildirib ki, bəzən müstəntiqlər eyni növ cinayətlər üzrə müxtəlif yanaşmalar tətbiq edə bilər: “Bu da nəticədə müəyyən narazılıqlara səbəb olur. İşlərin Avropa Məhkəməsinə gedib çıxmaması üçün Prezident Ali Məhkəmənin qaprşısında vəzifə qoyur ki, ümumiləşdirmə aparsın, hansı cinayət necə tövsib olunsun. Yəni burada vahid məhkəmə təcrübəsinin tətbiqindən söhbət gedir. Yəni insanlar incidilməsin, ədaət mühakiməsi yüksək səviyyədə təmin olunsun”.

Vitse-spiker xüsusi ekspertlərin səlahiyyəti ilə bağıl məsələyədə toxunub: “Gəlin bunu sınaqdan keçirək, görək özəl ekspertlər necə fəaliyyət göstərəcək. Tutaq ki, narkomaniya, ağır avtoqəzalarla bağlı biz ekspertizanı özəl ekspertlərə həvalə etsək, onların nəticəsinin necə olacağını bilmirik. Məhkəmə həmin ekspertizanın nəticəsini əsas götürüb insan taleyi ilə bağlı qərar çıxaracaq. Dövlət ekspertizasında elə avadanlıqlar, imkanlar var, özəl ekspertlərdə elə imkanlar var. Məhkəmə özəl ekspertlər dövlət eksperti arasında qalacaq ki, hansı qərarı versin. Ekspertiza o qədər ağlabatan olmalıdır ki, məhkəmə qərar verə bilsin. Bu qanunları alqışlamaq və səs vermək lazımdır ”.






Son Xəbər