XƏBƏR, SİYASƏT
19-11-2019, 17:25

GUAM XİN-in rəsmiləri Kiyevə toplaşır

GUAM XİN-in rəsmiləri Kiyevə toplaşır

Noyabrın 20-də Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 51-ci iclası keçiriləcək.

GUAM-ın Milli Əlaqələndiricilər Şurasından Qərbinfo.az-a bildiriblər ki, iclasdan əvvəl noyabrın 19-da quruma üzv ölkələrin ekspertləri səviyyəsində müzakirələr aparılıb. İclasda GUAM çərçivəsində siyasi, iqtisadi əməkdaşlığın perspektivləri, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin gücləndirilməsi müzakirə olunacaq.

Noyabrın 20-də isə GUAM-a üzv ölkələrin Xarici İşlər nazirlərinin müavinlərinin iştirakı ilə iclasın rəsmi açılışı keçiriləcək. Toplantıda Azərbaycanı Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək.

İclasın sonunda protokol imzalanacaq.






Son Xəbər