XƏBƏR, MANŞET-SLAYDER
19-11-2019, 14:15

İcra başçısı Türkiyənin Baş konsulu ilə görüşüb - FOTOLAR

İcra başçısı Türkiyənin Baş konsulu ilə görüşüb - FOTOLAR

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Zəki Öztürkü qəbul edib.

Qərbinfo.az xəbər verir ki, icra başçısı qonağı salamlayaraq Şəmkirdə görməkdən məmnun olduğunu bildirib, rayonun iqtisadi və sosial-siyasi həyatı barədə baş konsulu məlumatlandırıb.

Alimpaşa Məmmədov bildirib ki, Şəmkir Azərbaycanın inkişaf etmiş rayonlarından biridir: “Rayonumuzun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Azərbaycanda olan istixanaların böyük əksəriyyəti Şəmkirdə yerləşir. Biz ildə 100 min tona yaxın pomidor və xiyar istehsal edib xarici bazarlara ixrac edirik. Rayonumuzda olan istixanalarda 15 mindən çox işçi çalışır ki, bunların da 10 minə yaxını şəmkirli qalanı isə ətraf rayonlardan gələnlərdir”.

İcra başçısı Azərbaycanın hər yerində olduğu kimi Şəmkirin də tolerant bir rayon olduğunu bildirib: “Şəmkirdə 18 müxtəlif xalqın nümayəndəsi yaşayır. Onlar arasında ahıska türklərinin sayı daha çoxdur. Bu xalqların nümayəndələri rayonumuzda xoşbəxt və firavan həyat sürürlər. Azərbaycanın hər yerində olduğu kimi Şəmkirdə də bu məsələyə xüsusi diqqət ayrılır”.

Baş konsul Zəki Öztürk də öz növbəsində Şəmkirdə olmaqdan məmun olduğunu bildirib. Onun sözlərinə görə, Şəmkirə səfərinin məqsədi iki ölkə arasında dayanıqlı əməkdaşlığı inkişaf etdirmək üçün qarşılıqlı maraq kəsb edən sahələri qiymətləndirməkdir.

Görüşün sonunda tərəflər bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.

Son Xəbər