XƏBƏR, DÜNYA, SİYASƏT
19-11-2019, 09:33

Tbilisidə etirazçıların dağıdılması zamanı 37 nəfər saxlanılıb

Tbilisidə etirazçıların dağıdılması zamanı 37 nəfər saxlanılıb

ABŞ-ın Oklahoma ştatının Dankan şəhərində yerləşən Walmart mağazasının dayanacağında atışma baş verib. Atışma nəticəsində üç nəfər həlak olub.

Qərbinfo.az xəbər verir ki, bu haqda şəhərin hüquq-mühafizə orqanlarının nümayəndələri xəbər yayıb.

Şəhər polisinin verdiyi məlumata görə, atışma zamanı 9 güllə atılıb. Qeyd olunur ki, polis işçiləri hadisə yerinə gələndən sonra, bir kişini və bir qadını avtomobilin içərisində ölü vəziyyətdə tapıblar. Digər ölən şəxs avtomobilin yanında, əlində odlu silah tapılıb. Polis hesab edir ki, şübhəli şəxs iki nəfəri avtomobildə öldürdükdən sonra özünə də sui-qəsd edib.

Polis şerifi Denni Ford qeyd edib ki, şübhəli şəxsin motivi bəlli deyil, lakin zərərçəkənlərin bir-birini tanımasının ehtimalı böyükdür.






Son Xəbər