XƏBƏR, İQTİSADİYYAT
18-11-2019, 14:22

Azərbaycanda təbii qaz istehlakçılarının sayı 2 milyon 257 min 156-ya çatıb

Azərbaycanda təbii qaz istehlakçılarının sayı 2 milyon 257 min 156-ya çatıb

Noyabrın 1-nə “Azəriqaz” İstehsalat Birliyinin istehlakçılarının sayı 2 milyon 257 min 156-ya bərabər olub.

Birlikdən Qərbinfo.az-a bildirilib ki, bu ilin yanvar-oktyabr ayları ərzində “Azəriqaz”da əhali sektoru üzrə 74 min 229 yeni abonent qeydiyyata alınıb. Onlardan 41 min 487-si Bakı, Abşeron və Sumqayıt, 32 min 742-si isə regionlar üzrədir.

Oktyabr ayı ərzində isə əhali sektoru üzrə 9 min 105 yeni abonent qeydiyyata alınıb ki, bunun da 5196-sı Bakı, Abşeron və Sumqayıt, 3 min 909-u isə regionların payına düşür.






Son Xəbər