XƏBƏR, MARAQLI
15-11-2019, 18:26

Azərbaycanda şəkərli diabetin bu növü daha geniş yayılıb

Azərbaycanda şəkərli diabetin bu növü daha geniş yayılıb

Azərbaycanda ikinci tip şəkərli diabet xəstəliyi uşaq və gənclər arasında çox geniş yayılıb.

Qərbinfo.az-ın məlumatına görə, bunu Azərbaycanda Nutrologiya, Dieotologiya və Piylənmənin Tədqiqatı üzrə Akademiyanın (ANDOP) direktoru Sevinc Zaman Elmi Tədqiqat Kardiologiya İnstitutunda "Ürəyimizi şəkərli diabetdən necə qoruyaq" mövzusunda keçirilən elmi-praktik konfransda deyib.

Bunu ciddi problem sayan S.Zaman qeyd edib ki, ikinci tip şəkərli diabet xəstəliyinə əvvəllər daha çox böyüklər arasında rast gəlinirdi: "İndi isə bu, uşaq və gənclər arasında da geniş yayılıb. Bunun əsas risk faktorlarından biri çəkidir. Bu gün dünyada artıq piylənmə bir xəstəlik kimi qəbul olunub. Bu, 21-ci əsrin epidemiyası sayılır. Bu xəstəliyin də fəsadları çox ağırdır. Bu fəsadlar şəkərli diabet, ürək-damar xəstəlikləri və s-dir".






Son Xəbər