XƏBƏR, İQTİSADİYYAT
15-11-2019, 12:53

On ayda ölkədə 65,4 milyard manatlıq ÜDM istehsal edilib

On ayda ölkədə 65,4 milyard manatlıq ÜDM istehsal edilib

Bu ilin yanvar-oktyabr aylarında ölkədə 65 milyard 415,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Dövlət Statistika Komitəsindən Qərbinfo.az-a bildirilib ki, iqtisadiyyatın qeyri-neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda isə 0,2 faiz artıb.

Bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. İnformasiya və rabitə sahələrində əlavə dəyər 16,1 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,5 faiz, ticarət - nəqliyyat vasitələrinin təmiri sahələrində 3,1 faiz, sənayedə 1,7 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 0,5 faiz, digər xidmət sahələrində 3 faiz artıb, tikintidə isə 6,2 faiz azalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 6609,6 manata bərabər olub.






Son Xəbər