XƏBƏR, İQTİSADİYYAT
14-11-2019, 11:55

Güzəştli şərtlərlə səyyar gübrə satışından 4866 vətəndaş yararlanıb

Güzəştli şərtlərlə səyyar gübrə satışından 4866 vətəndaş yararlanıb

Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Qərbinfo.az-a bildiriblər ki, sentyabrın 10-dan indiyədək Şəmkir, Gədəbəy, Samux, Qobustan, Şəki, Kürdəmir, Hacıqabul, Şamaxı, Ağsu, İsmayıllı, Ucar, Göyçay, Cəlilabad, Astara, Lerik, Biləsuvar, Qusar, Siyəzən, Xızı, Qazax, Ağstafa, Tovuz, Göygöl, Goranboy, Şabran, Xaçmaz, Quba, Salyan, Neftçala, Tərtər, Bərdə, Yevlax, Masallı, Zaqatala, Qax, Oğuz, Qəbələ, Beyləqan, Füzuli, Saatlı, İmişli, Zərdab, Balakən, Ağcabədi və Sabirabad rayonları üzrə 512 kənd daxil olmaqla, səyyar gübrə satışından 4866 vətəndaş yararlanıb. Ötən həftə isə 15 kənddə keçirilən səyyar gübrə satışından 65 kənd üzrə 466 vətəndaş faydalanıb. Səyyar gübrə satışı bütün regionlar əhatə olunmaqla, mövsümün sonuna kimi davam etdiriləcək.

Güzəştli qiymətlərlə səyyar gübrə satışı qaydalarında və qiymətlərdə dəyişiklik yoxdur. Vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrəni əldə edə bilərlər. Səyyar xidmət zamanı səyyar bank terminalları da fəaliyyət göstərir ki, ödənişlər üçün vətəndaşın banklara müraciət etməsinə ehtiyac yaranmır.

Fermerlər səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barədə məlumat almaq və qeydiyyat üçün 1652 Çağrı Mərkəzi və (+99451) 2559383 əlaqə nömrəsinə müraciət edə bilərlər. Həmçinin xidmətlərin təşkil olunacağı kəndlər barəsində “Aqrolizinq” ASC-nin rəsmi sosial şəbəkələrini izləyərək elanlarla tanış olmaq mümkündür.






Son Xəbər