XƏBƏR, İQTİSADİYYAT
13-11-2019, 19:53

Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında məsələ müzakirəyə çıxarılıb.

Qərbinfo.az-ın məlumatına görə, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilir.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.






Son Xəbər