XƏBƏR, SOSİAL
11-11-2019, 16:29

Bıçaqlanan aparıcı və qardaşı ilə bağlı açıqlama - Nazirlik

Bıçaqlanan aparıcı və qardaşı ilə bağlı açıqlama - Nazirlik

Aparıcı, 1989-cu il təvəllüdlü Xose Bernardo və qardaşı, 1988-ci il təvəllüdlü Rafael Hüseynov Bakının Pirallahı rayonu, Əzizbəyov küçəsində bıçaqlanıb.

R.Hüseynova döş qəfəsindən, Xose Bernardoya qolundan bıçaq zərbəsi yetirilib.

Qərbinfo.az-ın məlumatına görə, Səhiyyə Nazirliyindən bildirilir ki, Pirallahı rayonunda baş vermiş bıçaqlanma hadisəsi ilə əlaqədar Təcili Tibbi Yardıma çağırış dünən saat 18:59-da gəlib.

"Pirallahı rayonu, Xanlar-29 ünvanından, Xose Pablo Bernardo sağ saidin kəsilmiş yarası, qardaşı 37 yaşlı Rafael Hüseynov isə qarının çoxsaylı deşilmiş yaraları (döş qəfəsinə keçən) diaqnozu ilə 3 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər. Xose Bernardo ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Rafael Hüseynov isə əməliyyat olunub. Hazırda müalicəsi cərrahiyyə şöbəsində palatada davam edir. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər", - məlumatda bildirilir.






Son Xəbər