XƏBƏR, SOSİAL
11-11-2019, 15:54

Baş konsul Zəki Öztürk və xanımı “Təmas” Regional İnkişaf İctimai Birliyinin qonagı olub

Baş konsul Zəki Öztürk və xanımı  “Təmas” Regional İnkişaf İctimai Birliyinin qonagı olub

7 noyabr 2019-cu il tarixində Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk və xanımı ilə “Təmas” Regional İnkişaf İctimai Birliyinin qonagı olub.

Qərbinfo.az xəbər verir ki, konsul təşkilatın sədri Südabə Məmmədova və icraçı direktoru Kubra Ələkbərova ilə görüşüb.

Qonaqlara təşkilatın yaranması, fəsliyyəti, həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib. Onlar təşkilatın Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə fəaliyyət göstərən “İinsan alveri və insan alverinin potensial qurbanlarına xidmət göstərən regional reabilitasiya reinteqrasiya mərkəzində (sığınacaq)” müvəqqəti məskunlaşmış qadın və uşaqlarla görüşmüş, onları şəraiti və problemləri ilə maraqlanmışlar.
Sonra qonaqlar təşkilatın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maiyyə yardımı ilə təşkil olunmuş “Ahıllar üçün günərzi qaygı mərkəzi”ndə sosial xidmətlər alan ahıl vətəndaşlarla görüşmüş onlarla söhbətlər aparmışlar.

Cənab Baş konsul Zəki Öztürk hər iki mərkəzin fəaliyyətinin əhəmiyyətini qeyd etdi, Turkiyyə Cümhuriyyətində də belə sosial mərkəzlərin oldugunu söylədi. Gələcəkdə iki qardaş ölkənin belə mərkəzləri arasında əlaqələrin yaradılması, müxtəlif təcribə mübadilə praqramlarının həyata keçirilməsini tövsiyyə etdi.

Son Xəbər