XƏBƏR, DÜNYA, SİYASƏT
11-11-2019, 11:54

Boliviya prezidenti istefa verib

Boliviya prezidenti istefa verib

Boliviya prezidenti Evo Morales istefa verdiyini açıqlayıb. Onunla bərabər vitse-prezident Alvaro Qarsia Linera da vəzifəsini tərk edib.

Qərbinfo.az xəbər verir ki, Morales bu barədə sosial şəbəkələrdə yayımlanan müraciətində bildirib.
Qeyd edək ki, Boliviyada prezident seçkiləri oktyabrın 20-də keçirilib. Ali Seçki Məhkəməsi hazırkı dövlət başçısı E.Moralesin seçkilərdə qalıb gəldiyini elan edib. Seçkilərin nəticələrinin elan olunmasından sonra Boliviyada etiraz aksiyaları başlayıb və bu günə qədər davam edir. Üç böyük şəhərdə - Santa Kruz, Sukre və Koçabambada polis etirazçılara qoşulub. Etirazlar zamanı baş verən toqquşmalarda 3 nəfər ölüb, 380 nəfər xəsarət alıb.






Son Xəbər