XƏBƏR, İDMAN
11-11-2019, 11:35

Şahmat üzrə klublararası Avropa kuboku turnirinə komandalarımız qələbə ilə start veriblər

Şahmat üzrə klublararası Avropa kuboku turnirinə komandalarımız qələbə ilə start veriblər

Monteneqroda start götürən klublararası Avropa kuboku turnirinə Azərbaycanın “Vüqar Həşimov” və “Odlar Yurdu” komandaları qələbə ilə start veriblər.
Qərbinfo.az xəbər verir ki, turnirin birinci turunda “Vüqar Həşimov” klubu Belçikanın “Fonteine”, “Odlar Yurdu” komandası isə İsrailin “Rishon Lezion” komandası ilə qarşılaşmaları 4:0 hesablı qələbə ilə başa vurublar.

Qeyd edək ki, “Vüqar Həşimov” klubunun heyətinə Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa daxildir. “Odlar Yurdu” komandasında isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Zeynəb Məmmədyarova mübarizə aparırlar.

Noyabrın 16-dək keçiriləcək turnir 7 turdan ibarət olacaq.






Son Xəbər