XƏBƏR, MƏDƏNİYYƏT
9-11-2019, 21:20

Estoniyada “Nəsimi” filmi nümayiş olunacaq

Estoniyada “Nəsimi” filmi nümayiş olunacaqNoyabrın 27-də Estoniyanın paytaxtı Tallinndəki “Artis Cinema” salonunda Azərbaycan filmi “Nəsimi”nin nümayişi olunacaq.

Qərbinfo.az-ın məlumatına görə, baş rolda Azərbaycanın Xalq artisti Rasim Balayevin oynadığı film Azərbaycan dilində və ingilis subtitrləri ilə göstəriləcək. Giriş sərbəstdir.

“Nəsimi ili” çərçivəsində eston izləyicilərə göstəriləcək film xalqlımızın dahi şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunub.
Estoniyada “Nəsimi” filmi nümayiş olunacaq






Son Xəbər