XƏBƏR, İDMAN
9-11-2019, 10:53

“Grand Chess Tour 2019” turnirində rapid yarışına yekun vurulub

“Grand Chess Tour 2019” turnirində rapid yarışına yekun vurulub

Noyabrın 8-də Buxarestdə “Grand Chess Tour 2019” seriya turnirinin rapid yarışının son 3 turunun oyunları keçirilib.

Qərbinfo.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 7-ci turda hollandiyalı Aniş Giri, 8-ci turda amerikalı Fabiano Karuananı məğlub edib. Son turda isə rusiyalı Sergey Karyakinlə heç-heçə edib. Ş.Məmmədyarov yekun nəticəyə görə, 10 xalla ikinci dördüncü yerləri bölüşür. Birinci yerdə 12 xalla ukraynalı şahmatçı Anton Korobov qərarlaşıb.

Noyabrın 9-10-da isə blits turniri keçiriləcək. Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.






Son Xəbər