XƏBƏR, İQTİSADİYYAT
9-11-2019, 10:17

BƏƏ-nin iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

BƏƏ-nin iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Sultan bin Said əl-Mansuri Azərbaycana səfər edəcək.

Qərbinfo.az-ın məlumatına görə, bu barədə BƏƏ-nin Azərbaycandakı səfirliyindən bildiriblər.
Məlumata görə, nazirin rəhbərlik etdiyi nümayəndə heyəti "Azərbaycan-BƏƏ" birgə ticarət forumunda iştirak edəcək. Forum isə noyabrın 11-13-də Bakıda keçiriləcək.

Qeyd edək ki, hazırda BƏƏ-nin 250-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir.






Son Xəbər