XƏBƏR, SİYASƏT
8-11-2019, 18:27

BƏƏ-nin iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

BƏƏ-nin iqtisadiyyat naziri Azərbaycana səfər edəcəkBirləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Sultan bin Said əl-Mansuri Azərbaycana səfər edəcək.

Bu barədə Qərbinfo.az-a BƏƏ-nin Azərbaycandakı səfirliyindən bildiriblər.

Məlumata görə, nazirin rəhbərlik etdiyi nümayəndə heyəti "Azərbaycan-BƏƏ" birgə ticarət forumunda iştirak edəcək. Forum isə noyabrın 11-13-də Bakıda keçiriləcək.

Qeyd edək ki, hazırda BƏƏ-nin 250-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir.






Son Xəbər