XƏBƏR, SİYASƏT
7-11-2019, 19:52

Şəhər və rayonların su pasportları hazırlanır

Şəhər və rayonların su pasportları hazırlanır

“Azərsu” ASC Azərbaycanın bütün şəhər və rayonlarının su pasportlarını hazırlayır.

Qərbinfo.az xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında qurumun sədri Qorxmaz Hüseynov məlumat verib.

“Pasportlar suyun keyfiyyəti də daxil olmaqla bütün parametrləri əhatə edəcək. Biz regionlarda su mənbələrinin yaxşılaşdırılmasını daima diqqətdə saxlayırıq. Hazırda 50-dən çox regionda su təminatının yaxşılaşdırılması ilə bağlı işlər həyat keçirilir. Bunlardan 30-da işlər demək olar ki, başa çatıb”, - deyə “Azərsu” ASC-nin sədri qeyd edib.

Bundan başqa, qurumun sədri vurğulayıb ki, bu il yağıntılarn az olması “Azərsu”ya çətinliklər yaradıb.

“Buna görə də, alternativ su mənbələrinin tapılması ilə bağlı Gədəbəy, Tovuz, Lerik, Şamaxı və Şəkidə işlərə başladıq. Bu işlərin Gədəbəy, Lerik və Şamaxıda bu il, Tovuz və Şəkidə isə gələn il başa çatdırılması nəzərdə tutulur”, deyə Qorxmaz Hüseynov qeyd edib.






Son Xəbər