XƏBƏR, İQTİSADİYYAT
7-11-2019, 17:38

Ötən ay Dövlət Gömrük Komitəsinin Çağrı Mərkəzinə 4430 müraciət daxil olub

Ötən ay Dövlət Gömrük Komitəsinin Çağrı Mərkəzinə 4430 müraciət daxil olub
Dövlət Gömrük Komitəsi cari ilin oktyabrında “195/6” Çağrı Mərkəzinə daxil olan zənglərin hesabatını hazırlayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Qərbinfo.az-a bildirilib ki, Çağrı Mərkəzinə şəxslər tərəfindən ünvanlanan 4430 müraciət cavablandırılıb. Bu müraciətlərdən 690-ı elektron xidmətlər, 450-si gömrük ödənişləri, 529-u fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar ilə bağlıdır. Həmçinin sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru ilə bağlı 482 müraciət, müvəqqəti idxal gömrük proseduru üçün 372, xidmətə qəbul qaydaları ilə əlaqədar olaraq 39 və digər mövzularla bağlı 1386 müraciət daxil olub.






Son Xəbər