XƏBƏR, SİYASƏT
7-11-2019, 15:21

"Ermənistanda əhalinin sayı süərtlə azalır"

"Ermənistanda əhalinin sayı süərtlə azalır"

Ermənistanın “Joxovurd” qəzetinin yazdığına görə, ölkə əhalisinin sayı bir il ərzində 11 min 700 nəfərə qədər azalıb.

Qərbinfo.az xəbər verir ki, Ermənistanın Statistika komitəsi cari ilin 1 oktyabr tarixinə görə əhalinin 2 milyon 957 min 500 nəfər olduğunu qeyd edib. Lakin 2018-ci ilin analoji rəqəmləri 2 milyon 969 min 200 nəfəri göstərirdi.

“Əgər vilayətlərlə analiz edərsək, təkcə Lori vilayətində son bir ildə əhalinin sayı 2300 nəfər azalıb”, yazan erməni nəşri həmçinin bildirir ki, Alaverdidə misəritmə kombinatının bağlanmasından sonra 650 nəfər insan işsiz qalıb: “Şirak vilayətində isə mənzərə daha pisdir – burada əhalinin sayı 3300 nəfərə qədər azalıb”.

Jurnalistin hökumətin demoqrafik problemin həlli üçün hansı addımlar atacağı, əhalinin sayının dayanmadan azalmasından narahatlıq keçirməməkləri ilə bağlı sualına isə baş nazirin mətbuat katibi Vladimir Karapetyan bəyan edib ki, yalnız yazılı şəkildə sual ünvanlanarsa, mövcud problemin həllində hökumətin hansı addımlar atacağı barədə məlumat verə biləcəyini deyib.






Son Xəbər