XƏBƏR, SİYASƏT
7-11-2019, 10:28

YAP Şəmkir rayon təşkilatı imzatoplama kampaniyasına start verib

YAP Şəmkir rayon təşkilatı imzatoplama kampaniyasına start verib

23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək Yeni Azərbaycan Partiyasını təmsil edən namizədlərin imzatoplama kampaniyasına start verildi.

Qərbinfo.az xəbər verir ki, bu il dekabrın 23-də Azərbaycanda sayca beşinci yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.

Mərkəzi Seçki Komissiyasının qərarına uyğun keçiriləcək növbəti bələdiyyə seçkilərinə ciddi hazırlıq görülür.

Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatında imzatoplama kampaniyası, eləcə də digər məsələlərlə bağlı seçki qərargahının üzvlərindən ibarət iş bölgüsü aparılıb.

Hazırda isə seçki kampaniyasının namizədlərin irəli sürülməsi və onların qeydə alınması üçün seçici imzalarının toplanılması mərhələsidir. YAP-ın yerli strukturları da bu mərhələdə uğurla fəaliyyət göstərməkdədir. YAP Şəmkir rayon təşkilatı da bu prosesi mütəşəkkil surətdə həyata keçirir. Yeni Azərbaycan Partiyası tərəfindən Şəmkir bələdiyyələrinə irəli sürülmüş namizədlər yerlərdə sakinlərlə görüşür, imza toplayırlar.

YAP Şəmkir rayon təşkilatından bu ilki seçkilərdə ümumilikdə 42 bələdiyyə üzrə 400 nəfər partiya üzvü namizədliyini irəli sürüb.

Son illərdə Azərbaycanın siyasi, iqtisadi sahədə qazandığı uğurlarla qürur duyduqların bildirən sakinlər paytaxtımızda, bölgələrdə aparılan quruculuq işlərindən məmnun qaldıqlarını bildirirlər.

İmza toplama kampaniyası davam edir.

Son Xəbər