XƏBƏR, SİYASƏT
6-11-2019, 20:27

İstanbul Konvensiyasını ermənilər milli təhlükəsizlikləri üçün təhdid sayır

İstanbul Konvensiyasını ermənilər milli təhlükəsizlikləri üçün təhdid sayır

İstanbul Konvensiyasının ratifikasiyası Ermənistanın milli təhlükəsizliyi üçün ciddi təhdiddir.

Qərbinfo.az Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Qraparak" qəzeti yazır.
Qəzet yazır ki, ötən həftə parlamentdə keçirilən İstanbul Konvensiyası ilə bağlı qapalı müzakirələrdən sonra baş nazir Nikol Paşinyanın da qatıldığı “Vətəndaş Müqaviləsi” partiyasının bir gün əvvəl keçirilən iclasında bu məsələyə baxılıb. Bəzi deputatlar bu konvensiyanın "qeyri-səmimi", "gizli" məqsədlərinin olduğunu bəyan ediblər və Nikol Paşinyan bu konvensiyanı hamı tərəfindən oxuyandan və tanış olduqdan sonra geniş müzakirə keçirməyi təklif edib.

Nəşrin iqtidardakı mənbəyinə istinadən verdiyi məlumata görə, İstanbul Konvensiyasında deyilir ki, ratifikasiya olunarsa, zorakılığın qurbanı olan hər kim müraciət edərsə Ermənistan hamısına, o cümlədən İrandan, Azərbaycandan və digər ölkələrdən müraciət edənlərə sığınacaq verməyə borcludur və bu da milli təhlükəsizlik üçün ciddi bir təhdiddir.






Son Xəbər