XƏBƏR, SİYASƏT
6-11-2019, 16:52

"Elm Ermənistanda fəlakət astanasındadır"

"Elm Ermənistanda fəlakət astanasındadır"

Ermənistanda elm hazırda fəlakət astanasındadır.
Qərbinfo.az Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistan Milli Elmlər Akademiyasının prezidenti Radik Martirosyan bəyan edib.

Onun sözlərinə görə, Milli Elmlər Akademiyası sistemindəki əmək haqqı minimum səviyyəyə yaxındır və tədqiqatçıların sayı hər il azalır. R.Martirosyan son bir neçə ildə 300-350 nəfər azaldığını da gizlətməyib.
“Normal ölkələrdə, məsələn, Rusiyada maaşlar ölkə ortalamasına bərabərdir. Biz isə hamıya minimumlarla ödəməli olduq", deyə Martirosyan parlamentdə bildirib.

Onun sözlərinə görə, 2020-ci il üçün 360 milyon dram (758 min dollar) dəyərində 10-12 proqram təqdim edilib və onlardan yalnız biri gələn ilin büdcəsinə Dövlət Elm Komitəsi tərəfindən daxil edilib. Bu, milli superkompüter mərkəzi yaratmaq üçün bir proqramdır.

“Ermənistanda elmin maliyyələşdirilməsi büdcə xərclərinin təxminən 1,2% -ni təşkil edir. Təxminən 30 il ərzində bu rəqəm dəyişməz olaraq qalıb. Bununla belə bu göstərici 3% olmalıdır. Bu o deməkdir ki, dövlət heç vaxt elmə əhəmiyyət vermir”, deən Martirosyan etirazını gizlətməyib.






Son Xəbər