XƏBƏR, SİYASƏT
6-11-2019, 16:26

Ermənistanda etiraz aksiyalarına start verilir

Ermənistanda etiraz aksiyalarına start verilir Erməni tələbələr tətil edirlər.

Qərbinfo.az Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, İrəvan Dövlət Universitetinin erməni filologiyası fakültəsinin tələbələri universitetlərdə “erməni dili”, “Ermənistan tarixi” və “erməni ədəbiyyatı” fənlərinin məcburi tədrisinin ləğvi ilə əlaqədar tətilə başlayıblar.

Məlumata görə, tələbələr bildiriblər ki, əgər Təhsil, Elm, Mədəniyyət və İdman naziri Araik Arutyunyan tələbələrin fikirlərini nəzərə almasa, hökumət, parlament və Təhsil Nazirliyinin binalarında daimi aksiyalar keçirəcəklər.

"Bu davam edərsə, Araik Arutyunyan, addımlaya-addımlaya gəldiyi kimi, addımlaya-addımlaya da gedəcək. Hazırda onun yeganə xidməti o olub ki, A. Arutyunyan Qumri-İrəvan magistral yolunu piyada keçib”, deyə tələbələrdən biri jurnalistlərə bildirib.
Təhsil Nazirliyinin sözçüsü Anjela Kjdryan yalnız erməni dili ilə bağlı bir qanun layihəsinin müzakirə edildiyini bildirib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı müzakirələr davam edəcək və bütün fikir və təkliflər nəzərə alınacaq.






Son Xəbər