XƏBƏR, SİYASƏT
6-11-2019, 14:54

"Paşinyan hiyləgər və faşist təfəkkürlü yarımçıq siyasətçidir"

"Paşinyan hiyləgər və faşist təfəkkürlü yarımçıq siyasətçidir"

"Paşinyanın qondarma Dağlıq Qarabağda referendum keçirmək təklifi Ermənistanın bir daha işğalçı ölkə kimi olduğunu sübut edir

Paşinyan sərsəm bəyanatlarla orada gündəmə gəlir". Bunu Qərbinfo.az-a millət vəkili Eldəniz Səlimov deyib.

Deputatın sözlərinə görə, dünyanın heç bir ölkəsi qondarma Dağlıq Qarabağı tanımır, onu yalnız Azərbaycanın sərhədləri daxilində tanıyırlar: "Qoşulmama Hərakatında iştirak edən 120-dən çox ölkənin rəhbərləri imzası ilə verilən bəyanatla bir daha Azərbaycanın ərazi bütövlüyü tanıdıqlarını sübut etdilər. Ermənistan daxilində vəziyyət getdikcə ağırlaşdığından Paşinyanın nüfuzu da azalır. Xalqın qəzəbi artır. Vəziyyəti yumşaltmaq üçün sərsəm bəyanatlar yaymaqla vəziyyətin bərpasına çalışır. Son vaxtlar dünya ölkələri də başa düşür ki, Paşinyan hiyləgər və faşist təfəkkürlü yarımçıq siyasətçidir".






Son Xəbər