XƏBƏR, SİYASƏT
6-11-2019, 11:52

Baş Nazir bir sıra qurumları birləşdirdi

Baş Nazir bir sıra qurumları birləşdirdi “Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilib.

Qərbinfo.az-ın məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, İstedadlı Uşaqlarla İş Mərkəzi və Respublika Elmi-Pedaqoji Kitabxanası Təhsil İnstitutuna, Bədən Tərbiyəsi Mərkəzi “Təhsil” Respublika İdman Mərkəzinə birləşdirilib.

Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll edilməlidir.






Son Xəbər