XƏBƏR, SİYASƏT
6-11-2019, 09:29

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni kadr təyinatı olub

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni kadr təyinatı olub

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni kadr təyinatı olub.

Qərbinfo.az xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Cavadov Miraqil Cəlil oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilib.

M.Cavadov 17 may 1996-ci il tarixində Şəmkir rayonunun Sabirkənd kəndində dünyaya gəlib. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib.

Daha öncə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında, Şəmkir Rayon Gənclər və İdman idarəsində könüllü kimi fəaliyyət göstərib. 23 yaşlı gənc 05 sentyabr 2019-cu ildə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında baş mütəxəssis vəzifəsində təyin edilmişdi.






Son Xəbər