XƏBƏR, İQTİSADİYYAT
5-11-2019, 23:25

Azərbaycan avianəqliyyat xidmətlərinin səmərəliliyi göstəricisində bir sıra inkişaf etmiş ölkələri qabaqlayıb

Azərbaycan avianəqliyyat xidmətlərinin səmərəliliyi göstəricisində bir sıra inkişaf etmiş ölkələri qabaqlayıb

Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı “Qlobal rəqabətqabiliyyətlilik indeksi”nin “Avianəqliyyat xidmətlərinin səmərəliliyi” göstəricisində 141 ölkə arasında 12-ci yerdə qərarlaşıb.

Qərbinfo.az-ın məlumatına görə, Azərbaycan bu göstəricidə Belçika (19-cu yer), Avstraliya (23-cü yer), Fransa (24-cü yer), Almaniya (28-ci yer) kimi ölkələri qabaqlayıb.

Azərbaycan reytinqdə həmçinin qonşu ölkələrdən də irəlidədir. Belə ki, bu siyahıda Türkiyə 31-ci, Rusiya 52-ci, Gürcüstan 86-cı, İran isə 132-ci yeri tutub.

Reytinqdə birinci yerdə Sinqapur qərarlaşıb.






Son Xəbər