XƏBƏR, İDMAN
5-11-2019, 16:33

Şəmkirdə şəhidlərin xatirəsinə həsr olunmuş futbol turniri davam edir

Şəmkirdə şəhidlərin xatirəsinə həsr olunmuş futbol turniri davam edir

İlk turlarda olduğu kimi, yarışın qrup mərhələsinin son həftəsinin oyunları da gərgin mübarizə şəraitində baş tutub.

5-ci tur çərçivəsində keçirilən matçlarda qapılara ümumilikdə 24 qol vurulub, iki komanda isə tər tökmədən meydanı 3 xalla tərk edib.

Qərbinfo.az xəbər verir ki, çempionatın favoritlərindən hesab olunan Şəmkir Rayon İcra Hakimiyyətinin komandası qrup mərhələsinin son turunda da meydanı 3 xalla tərk edib. İlk turda prokurorluq işçilərinin komandasına 6:2, ikinci turda sağlamlıq keçikçilərini 5:1 məğlub edən dövlət qulluqçuları 4-cü turda çətin sınaqla qarşılaşıb. Belə ki, matçın ilk hissəsində “Hərbi Evlər-2” komandasına 4:1 hesabı ilə məğlub olan icra hakimiyyəti işçiləri ikinci hissədə geridönüş edə bilib və 6:5 hesabı ilə qalib gəlib. Son turda isə komanda “Kapital Bank”dan 3 xal alıb. Bu qələbə ilə “Şəmkir RİH” komandası çemionatın ilk mərhələsini şəriksiz qrup lideri kimi başa vurub.

“Şəmkir RİH” komandasının yer aldığı qrupun digər oyununda “Şəmkir Səhiyyə” “Hərbi Evlər-2” futbolçularının oyundan imtina etməsi ilə 3 xalı meydanda top qovmadan qazanıb.

Digər qruplarda da maraqlı, çətin mübarizə şəraitində keçən matçlar baş tutub. Ən gərgin oyunlardan biri sərhədçilərlə mühafizə keşikçiləri arasında olub. Matçda topla daha diqqətli olan “Sərhəd qoşunları” komandası meydanı qalib tərk edə bilib.

“Polis Şöbəsi” isə “Hərbi Evlər-1” komandası ilə oyundan meydanı xalsız tərk edib.

Çempionatın ən güclü komandalarından hesab olunan “Hərbi Birləşmə” komandası isə “Qarabağ Əlilləri” ilə matçda çətin vəziyyətə düşüb. Belə ki, qarşılaşmanın son 10 dəqiqəsinə kimi hərbiçilərin qrupda qalmaq ehtimalı belə yaranıb. Lakin toparlanmağı bacaran gənc hərbiçilər son dəqiqələrdə vurduqları 5 qolla növməti mərhələni təmin edə biliblər.

Qeyd edək ki, Şəmkir Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə keçirilən çempionatda 20 komanda 200-yə yaxın iştirakçı mübarizə aparır.

Çempionatda komandalar dörd qrupa bölünüb. Bu qruplardan birinci və ikinci yerləri tutan komandalar növbəti tura vəsiqə qazanacaq.

Növbəti turun oyunları noyabrın 9 və 10-da keçiriləcək.

Son Xəbər