XƏBƏR, SİYASƏT
5-11-2019, 16:58

Erməni əsgərlər intihar həddinə çatdırılır

Erməni əsgərlər intihar həddinə çatdırılır Dağlıq Qarabağda erməni əsgərlərdən biri ölüb, daha doğriusu intihar edərək özü-özünü öldürüb.

Qərbinfo.az Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Dağlıq Qarabağın qondarma Müdafiə Nazirliyinin mətbuat xidməti informasiya yayıb.

İnformasiyada həmçinin erməni əsgərin "intihar etməkdə" şübhəli bilindiyi də öz əksini tapır. Hətta qeyd olunur ki, əsgərin intiharına səbəb onun ölüm həddinə çatdırılmasıdır.

Məlumatda qeyd olunur ki, cəsədi 4 noyabr 19:30 radələrində tapılan 2000-ci il təvəllüdlü bir erməni əsgəri, Erik Harutyunyanın ölüm həddinə çatdırılması ilə bağlı faktlar var.

Ermənistan İstintaq Komitəsi məlumat verib ki, əsgərin ölümü ilə əlaqədar “intihar həddinə çatdırmaq” maddəsi ilə cinayət işi açılıb. İstintaq davam edir.






Son Xəbər