XƏBƏR, SİYASƏT
5-11-2019, 15:51

Rusiya və Ermənistan MN arasında mübahisə

Rusiya və Ermənistan MN arasında mübahisə Rusiya silah şirkətinin Ermənistan Müdafiə Nazirliyi ilə mübahisəsi davam edir.

Qərbinfo.az Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Rusiyanın silah şirkəti ORSIS, Ermənistan Müdafiə Nazirliyinə silah tədarükü üzrə tenderin uğursuz keçirilməsi ilə əlaqədar münasibət bildirib.

Məlumata görə, şirkət nümayəndələri, xüsusən Ermənistan Müdafiə Nazirliyinin başçısı David Tonoyanın, tenderin təşkili zamanı "cinayət əməlinin" edildiyi və şirkətin hərbi texnika yerinə ov alətləri qoymağa çalışdığı barədə bir ekspert rəyi olduğunu söylədiklərinə cavab da veriblər.

“Məhsulların təyinatı barədə spekulyasiyalar tamamilə əsassızdır. Şirkətimizin təklif etdiyi məhsullar dəfələrlə Ermənistanda uğurla sınaqdan keçirilmişdir. Sonuncu dəfə məhsulların ən yaxşısı 2018-ci ilin dekabr ayında nümayiş etdirilib", deyə ORSIS nümayəndəsi qarşı tərəfə narazılıq ifadə edib






Son Xəbər