XƏBƏR, DÜNYA
5-11-2019, 11:54

Çilidə etirazların nəticəsi 1659 nəfər xəstəxanada

Çilidə etirazların nəticəsi 1659 nəfər xəstəxanada

Çilinin Milli İnsan Haqları İnstitutu ölkədəki etirazlar zamanı zərəçəkən və həbs olunanlar haqqında məlumatları yeniləyib.
Qərbinfo.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, üç həftəlik iğtişaşlardan sonra 1659 nəfərin xəstəxanalarda olduğu, onların yarısından çoxunun güllə yarası aldığı bildirilir.

İnstitut tərəfindən təqdim olunan rəqəmlər oktyabrın 17-dən noyabrın 4-dək tibb mərkəzləri, polis məntəqələri eləcə də digər qurumlardan toplanan məlumatlar əsasında açıqlanıb. Hesabata əsasən, xəstəxanalarda yatanlardan 849 nəfəri güllə yarası, 160 nəfər isə gözündən zədə alıb.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, iğtişaşlarda iştirak etdikləri üçün 670 qadın və 479 yetkinlik yaşına çatmayan, ümumilikdə isə 4600 nəfər həbs edilib.

Hakimiyyət orqanlarının bildirdiyinə görə, toqquşma zamanı 5 hüquq-mühafizə və müdafiə məmuru da daxil olmaqla 19 nəfər həlak oldu.

Qeyd edək ki, Çilidə kütləvi etirazların başlamasına oktyabr ayının əvvəlində metro tariflərinin artması səbəb olub. Lakin bu, səbəblərdən yalnız biridir. Sakinlər layiqli pulsuz təhsil və səhiyyə xidmətləri ala bilmədiklərinə, maaşlarının aşağı olması, bahalaşmaya qarşı etiraz edirlər.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Çili Prezidenti Sebastian Pinhera, ölkədə davam edən etirazlar içərisində, daxili işlər naziri də daxil olmaqla, əsas hökumət nazirlərini əvəzləyib.

Oktyabrın 27-də Çili hakimiyyəti iğtişaşlar səbəbindən tətbiq olunan fövqəladə vəziyyəti ləğv edib.






Son Xəbər