XƏBƏR, İQTİSADİYYAT
4-11-2019, 21:44

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

Qərbinfo.az Mərkəzi Banka istinadla xəbər verir ki, AMB-nın valyuta ehtiyatları noyabrın 1-nə 6 milyard 144,7 milyon ABŞ dolları olub. Bu göstərici oktyabrın 1-i ilə müqayisədə 110,6 milyon dollar, ilin əvvəli ilə müqayisədə 519 milyon dollar çoxdur.

2018-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları 5 milyard 625,7 milyon təşkil edib.






Son Xəbər