XƏBƏR, İQTİSADİYYAT
4-11-2019, 18:27

9 ayda Nazirlik 568 mindən artıq vətəndaşın müraciətinə cavab verib

9 ayda Nazirlik 568 mindən artıq vətəndaşın müraciətinə cavab verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların qəbulu və onların müraciətlərinin qanunvericiliyin tələblərinə uyğun və obyektiv şəkildə cavablandırılması diqqət mərkəzində saxlanılır. Bu ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 568 min 747 vətəndaş müraciəti cavablandırılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Qərbinfo.az-a verilən məlumata görə, həmin vətəndaşlardan 23 min 347-sinin fərdi qaydada qəbulu həyata keçirilib və onlardan 560 nəfəri nazir, 609 nəfəri nazir müavinləri və Aparat rəhbəri, qalanları nazirliyin digər rəhbər vəzifəli şəxsləri və əməkdaşları tərəfindən qəbul edilib.

Müraciətlərin 374 min 935-i məktub, ərizə və elektron qaydada edilib və onların, habelə 142-Çağrı mərkəzi vasitəsilə 151 min 570, iş telefonları vasitəsilə 11 min 489, sosial şəbəkələr (facebook, instagram səhifələri) vasitəsilə 7 min 406 müraciətin cavablandırılması təmin olunub.

Hər bir müraciətdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlər görülüb, sorğu xarakterli müraciətlərlə əlaqədar vətəndaşlara izahatlar verilib.






Son Xəbər