XƏBƏR, İDMAN
1-11-2019, 18:53

Parataekvondoçumuz 4-cü dəfə Avropa çempionu olub

Parataekvondoçumuz 4-cü dəfə Avropa çempionu olub

İtaliyanın Bari şəhərində parataekvondo üzrə Avropa çempionatı keçirilib.

Qərbinfo.az-ın məlumatına görə, yarış Azərbaycan millisi üçün uğurlu alınıb.

Yığmanın heyətində Aynur Məmmədova bütün rəqiblərini məğlub edib. Nəticədə +58 kq çəkidə mübarizə aparan paratakvondoçu dördüncü dəfə Avropa çempionu tituluna yiyələnib.

O, bu qələbə ilə Tokio-2020 Paralimpiya Yay Oyunlarında iştirak etmək üçün növbəti lisenziya xallarına da sahib olub.






Son Xəbər