XƏBƏR, MƏDƏNİYYƏT
31-10-2019, 11:22

Dövlət Turizm Agentliyinin KİV nümayəndələri üçün elan etdiyi müsabiqə davam edir

Dövlət Turizm Agentliyinin KİV nümayəndələri üçün elan etdiyi müsabiqə davam edir

Dövlət Turizm Agentliyi 27 sentyabr – Dünya Turizm Günü ilə əlaqədar KİV nümayəndələri və fotoqraflar arasında müsabiqə elan edib.

Müsabiqəyə dəstəkçi qismində Azərbaycan Turizm Bürosu, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Hotellər Assosiasiyası və Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası iştirak edir.

Dövlət Turizm Agentliyindən Qərbinfo.az-a bildirilib ki, “Azərbaycanın turizm potensialı və ondan istifadə imkanları” mövzusunda keçirilən müsabiqə cari ilin 27 sentyabr–10 noyabr tarixlərini əhatə edəcək.

Göndərilmiş materialların yoxlanılması və qiymətləndirilməsi prosesindən sonra noyabrın 29-da baş tutacaq Milli Turizm Sammitində qaliblər elan ediləcək.

Müvafiq nominasiyalar üzrə 1, 2 və 3-cü yerləri tutmuş şəxslərə ardıcıllığa uyğun olaraq noutbuklar, planşetlər və smartfonlar hədiyyə olunacaq. Digər yerlərin sahibləri isə qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Müsabiqənin şərtlərinə görə təqdim edilən məqalələrdə, fotolarda və televiziya süjetlərində mövzu tam əks etdirilməlidir, yeni olmalıdır, müsabiqənin qüvvədəolma müddətinədək olan dövrü əhatə etməlidir və əvvəllər hər hansı müsabiqəyə təqdim edilməməlidir.

Müsabiqə ilə bağlı əlavə məlumatı Dövlət Turizm Agentliyinin məsul əlaqələndiricisindən almaq olar (tel: +994512296043, Fikrət Təhməzov).






Son Xəbər