XƏBƏR, MƏDƏNİYYƏT
30-10-2019, 14:53

Xalq artisti Firəngiz Əlizadə yenidən Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilib

Xalq artisti Firəngiz Əlizadə yenidən Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilib

Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) növbəti X qurultayı keçirilib.

Qərbinfo.az-ın məlumatına görə, əvvəlcə ABİ-nin 21 nəfərdən ibarət yeni idarə heyəti və 5 nəfərdən ibarət nəzarət-təftiş komissiyası seçilib.

Sonra qurultay iştirakçıları açıq səsvermədə Xalq artisti Firəngiz Əlizadəni yekdilliklə yenidən 5 il müddətinə İttifaqın sədri seçiblər.

Qeyd edək ki, Firəngiz Əlizadə 2007-ci ildən ABİ-nin sədridir.






Son Xəbər