XƏBƏR, İQTİSADİYYAT
30-10-2019, 12:24

Cari ildə qeyri-neft sektoru üzrə 1,4 milyard dollarlıq ixrac reallaşdırılıb

Cari ildə qeyri-neft sektoru üzrə 1,4 milyard dollarlıq ixrac reallaşdırılıb

Yanvar-sentyabr aylarında qeyri-neft sektoru üzrə 1 milyard 413 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib.

Qərbinfo.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında deyilir.

Bildirilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayında qeyri-neft sektoru üzrə ixrac 206 milyon dollar və ya 17 faiz artıb. Cari ilin yanvar-sentyabr aylarında Rusiyaya 465,6 milyon, Türkiyəyə 304 milyon dollar, İsveçrəyə 125,4 milyon dollar, Gürcüstana 123,2 milyon dollar və İtaliyaya 34,4 milyon dollarlıq qeyri-neft sektoruna aid məhsul ixrac olunub.

Keçən ilin eyni aylarına görə bu ilin 9 ayında Rusiyaya qeyri-neft ixracı 16 faiz, Türkiyəyə 10 faiz, İsveçrəyə 19 faiz, Gürcüstana 26 faiz və İtaliyaya 2,2 dəfə artıb.






Son Xəbər