XƏBƏR, İDMAN
30-10-2019, 10:22

Şahmatçılarımız Olimpiadaya qələbə ilə başlayıblar

Şahmatçılarımız Olimpiadaya qələbə ilə başlayıblar

“Azərbaycan” komandası Türkiyənin Çorum şəhərində 16 yaşadək idmançılar arasında keçirilən Şahmat Olimpiadasına qələbə ilə başlayıb.

Qərbinfo.az-ın məlumatına görə, ölkəmizi bu yarışda təmsil edən əsas yığmanın üzvləri – “Azərbaycan” komandası Monqolustan yığmasına 3:1 hesabla qalib gəlib. Yarışda çıxış edən digər komandamız – “Azərbaycan-Naxçıvan” şahmatçıları isə ilk turda məğlub olublar (1:3).

Əlliyə yaxın komandanın mübarizə apardığı Olimpiada noyabrın 6-dək davam edəcək.






Son Xəbər