XƏBƏR, DÜNYA
29-10-2019, 21:19

Əfqanıstanda terror hücumu nəticəsində 20 əsgər ölüb

Əfqanıstanda terror hücumu nəticəsində 20 əsgər ölüb

Əfqanıstanın Cauzjan əyalətində hökumət qüvvələri ilə Taliban yaraqlıları (Rusiya Federasiyasında fəaliyyətinə qadağa qoyulan təşkilat) arasında baş verən toqquşmalar nəticəsində ən azı 20 əsgər öldürülüb.

Qərbinfo.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, terroristlər Akça bölgəsində möhkəmləndirilən hərbi hissəyə hücum edərək nəzarəti ələ keçiriblər. Ölənlərdən əlavə 5 hərbçinin də yaralandığı bildirilir.

Xatırladaq ki, Taliban hərəkatı (Rusiya Federasiyasında fəaliyyətinə qadağa qoyulan bir təşkilat) şəriətə əsaslanan bir dövlətin yaradılması uğrunda mübarizə aparırlar. Son altı ayda davam edən qarşıdurmalardan 1616 mülki şəxs həyatını itirib.






Son Xəbər