XƏBƏR, DÜNYA
29-10-2019, 18:51

İranda universitetdə partlayış olub

İranda universitetdə partlayış olub İranın qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Urmiya rayonunun Kəvələq kəndi ərazisində Tətbiqi Elmlər Universitetinin həyətindəki binalardan birində güclü partlayış olub.
Qərbinfo.az-ın verdiyi məlumata görə, bunu İranın Qərbi Azərbaycan vilayətinin Urmiya rayonu yanğınsöndürmə və təhlükəsizlik xidmətləri idarəsinin rəisi İbrahim Şad Quşçu deyib.

İ.Ş.Quşçunun sözlərinə görə, bina Urmiya Kənd Təsərrüfatı müəssisələri inkişaf mərkəzinə məxsusdur.

İdarə rəisi əlavə edib ki, hadisə nəticəsində 6 nəfər yaralanıb.

Hadisənin səbəbi araşdırılır.






Son Xəbər