XƏBƏR, DÜNYA
29-10-2019, 10:59

Türkiyə Dardanel boğazını beynəlxalq gəmilərə bağladı

Türkiyə Dardanel boğazını beynəlxalq gəmilərə bağladı

Türkiyə Dardanel boğazını beynəlxalq gəmiçilik üçün bağlayıb.

Qərbinfo.az-ın məlumatına görə, boğazda gəmilərin hərəkəti qatı duman səbəbi ilə dayandırılıb.

Hərəkətin məhdudlaşdırılması bu gün yerli vaxtla səhər saat 9-dan həyata keçirilib. Boğazın nə vaxt açılacağı ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, sonuncu dəfə Dardanel boğazı beynəlxalq gəmiçilik üçün iyulun 11-də eyni səbəbdən bağlanıb.






Son Xəbər