XƏBƏR, İQTİSADİYYAT
28-10-2019, 17:26

Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlük?

Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlük?

Bu ilin 9 ayında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb.

Qərbinfo.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, hesabat dövründə ölkəmizin İranla ticarət dövriyyəsinin həcmi 390 milyon 662 min ABŞ dolları, BƏƏ ilə 48 milyon 186 min dollar, Səudiyyə Ərəbistanı ilə 9 milyon 29 min dollar olub. İran və Birləşmiş Ərəb Əmirlikləri ilə ticarət dövriyyəsi ötən ilə nisbətən artıb, Səudiyyə Ərəbistanı ilə isə azalıb.

Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi Körfəz ölkələri sırasında da ilk üçlükdədir. İrandan idxalın dəyəri 362 milyon 914 min dollar, BƏƏ-dən 33 milyon 810 min dollar, Səudiyyə Ərəbistanından isə 8 milyon 99 min dollar təşkil edib. Ölkəmiz Səudiyyə Ərəbistanından idxalı azaltsa da, İran və BƏƏ-dən idxalı artırıb.






Son Xəbər