XƏBƏR, İQTİSADİYYAT
28-10-2019, 18:22

Ötən ay dəmir yolu ilə 255 milyon dollarlıq yük daşınıb

Ötən ay dəmir yolu ilə 255 milyon dollarlıq yük daşınıb

Cari ilin sentyabrında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 690 min 244 ton yük daşınıb ki, bu yüklərin dəyəri 254 milyon 869 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən Qərbinfo.az-a verilən məlumata görə, keçən ay dəmir yolu nəqliyyatı ilə ixrac olunan 131 min 58 ton yükün dəyəri 27 milyon 149 min dollar olub. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 559 min 185 ton, dəyəri isə 227 milyon 721 min dollar təşkil edib.






Son Xəbər